Bakı Şəhər Baş Polis İdarəsinin şəxsi heyəti praktiki atışlara cəlb olunub

24.08.2019 15:44

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) şəxsi heyəti plana uyğun olaraq, avtomat silahlardan praktiki atışlara cəlb edilib, döyüş hazırlığının vəziyyəti yoxlanılıb.

İdarənin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, bir günlük praktiki məşğələdə şəxsi heyətin nəzəri bilikləri, avtomat silahdan istifadə qaydaları və digər peşə vərdişlərinin vəziyyəti sınaqdan keçirilib.

Daxili İşlər Nazirliyinin atıcılıq tirinin imkanlarından səmərəli istifadə etməklə şəxsi heyətin praktiki atışlara cəlb olunmasında məqsəd fiziki hazırlığın artırılmasına, cinayətkarlıqla mübarizəyə, ictimai asayişin və təhlükəsizliyin qorunmasına xidmət edir. Praktiki məşğələlərə qadın əməkdaşlar da cəlb olunublar.

Qeyd edək ki, atıcılıq kompleksinin tirləri tapança və avtomat silahlardan atəş üçün hədəf sistemləri, güllətutan metal qurğular, 18 nəfərin eyni vaxtda atəş açması üçün kabinələr, gülləkeçirməz şüşə ilə təchiz olunmuş operator otaqları, elektron hədəf və monitorlar, siqnalizasiya, havalandırma və digər zəruri kommunikasiya qurğuları ilə təchiz edilib.

© xezerxeber.az

FOTOQALERIYA






97 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR