Xərə Zirə adasının palçıq vulkanı elementləri tədqiq edilib

24.08.2019 14:01

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları Bakı və Abşeron arxipelaqı adalarında tədqiqat aparırlar.

İnstitutdan xezerxeber.az-a verilən məlumata görə, mütəxəssislər Xərə Zirə adasının ucqar nöqtələri, sahil xətti, dalğaların yaratdığı relyef formaları, ərazinin morfometrik göstəriciləri, palçıq vulkanı elementlərini tədqiq edib, iqlim ölçmələri aparıblar.

Həmçinin ərazinin mənimsənilməsi imkanları araşdırılıb, müşahidə olunan antropogen pozulmaların aradan qaldırılması üçün sahildə və yaxın akvatoriyada təmizlənmə işlərinin aparılmasına ehtiyac olduğu müəyyən edilib.

© xezerxeber.az


94 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR