Magistraturanın boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı başa çatıb

24.08.2019 10:38

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olan bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı başa çatıb.

Dövlət İmtahan Mərkəzindən xezerxeber.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olunan bakalavrlar avqustun 15-dən avqustun 23-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri qəbul olunduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçiblər.

© xezerxeber.az


185 dəfə oxunub

XƏBƏRLƏR

19.02.2020 09:28

Neft yenidən bahalaşıb

ÇOX OXUNANLAR