Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bu rayonlarda qaz olmayacaq

23.08.2019 10:38

Bu gün Samux, Qobustan rayonlarında və Gəncə şəhərində qaz təchizatı dayandırılacaq.

"Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, bu gün səhər saat 09:00-dan Qaz təchizatı şəbəkəsində aparılan texniki baxış işləri zamanı aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı Samux rayonunun mərkəzində və bir neçə yaşayış sahəsində qaz təchizatı dayandırılacaq.

Bundan əlavə, saat 09:00-dan etibarən Gəncə şəhərinin bir hissəsində də qaz olmayacaq. Bu müddət ərzində qaz sızmalarının ləğvi və yeni çəkilmiş qaz xətlərinin mənbəyə birləşdirilməsi işləri icra olunacaq.

Saat 10.00-dan 16:00-dək isə Qobustan rayonunun bir neçə kəndində qaz təchizatının dayandırılması isə orta təzyiqli yeraltı qaz xətlərinin kipliyə sınaq işləri ilə bağlıdır.

© xezerxeber.az


100 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR