DİM: 15 mindən çox abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib

19.08.2019 16:47

Ali təhsil müəssisələrinin və 11 illik bazadan orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən xezerxeber.az-a bildirilib ki, avqustun 19-u saat 16:40-dək olan göstəricilərə əsasən, I ixtisas qrupu üzrə ümumilikdə 86, II qrup üzrə 1185, III qrup üzrə 21, IV qrup üzrə 17, V qrup üzrə 23 nəfər ərizəsini təsdiqləyib.

11 illik bazadan orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olunmaq üçün ümumilikdə 14372 nəfər ərizəsini təsdiq edib.

Xatırladaq ki, ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq.

© xezerxeber.az


98 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR