Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi yekunlaşıb

14.08.2019 14:56

Avqustun 14-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başa çatıb. Bu mərhələdə 23 min 609 namizəd iştirak edib, onlardan 14 min 3 namizəd elektron ərizəsini təsdiqləyib.

Təhsil Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, vakansiya seçimindən sonra elektron yerləşdirmə mərhələsi başlanır. Elektron yerləşdirmənin nəticələri barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Vakant yeri tutmaq hüququ qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Qeyd edək ki, müsabiqəyə 7 mindən artıq vakant yer çıxarılıb.

© xezerxeber.az

FOTOQALERIYA






57 dəfə oxunub

XƏBƏRLƏR

25.08.2019 16:51

Gədəbəydə ev yanıb

ÇOX OXUNANLAR