BŞTİ-nin təşkilatçılığı ilə jurnalistlərlə görüş keçirilib

20.07.2019 14:23

22 iyul Millli Mətbuat Günü münasibətilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə jurnalistlərlə görüş keçirilib.

Görüşdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev jurnalistləri peşə bayramı münasibəti ilə təbrik edib, onlara paytaxtın təhsil həyatında baş verən yeniliklərin işıqlandırılmasında verdikləri dəstəyə və səmərəli əməkdaşlığa görə təşəkkürünü bildirib.

Azərbaycan mediasının zəngin ənənələri olduğunu deyən R. Tağıyev bütün peşəkar media qurumlarının təhsilə, məktəbə, müəllimə daim dəyər verdiyini və bu sahənin fəaliyyətinin obyektiv işıqlandırılmasında həssaslıq göstərdiyini nəzərə çatdırıb.

Azərbaycan mediasının inkişafında ulu öndər Heydər Əliyevin müstəsna rolundan danışan BŞTİ müdiri ümummilli liderin müstəqil mətbuatın təşəkkül tapmasına daim önəm verdiyini nəzərə çatdırıb. Söz və fikir azadlığının demokratiyanın əsas amili olduğunu vurğulayan BŞTİ müdiri bu istiqamətdə ölkəmizdə əldə edilən təcrübənin medianın inkişafına yol açdığını bildirib.

R.Tağıyev qeyd edib ki, mətbuatın inkişafına dövlət qayğısı bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. Azərbaycanda demokratik mətbuatın formalaşmasında, onun hüquqi normativ bazasının yaradılmasında, fikir və mətbuat azadlığının təmin edilməsində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər bütün dünyada yaxşı bir örnək kimi qəbul olunur.

Daha sonra çıxış edən media nümayəndələri BŞTİ kollektivinə təşəkkürlərini bildirərək, qarşılıqlı əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər. Ötən dərs ilinin təhsil sahəsində bir sıra parlaq uğurlarla yadda qaldığını söyləyiblər.

Sonda media nümayəndələrinə hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.

© xezerxeber.az

FOTOQALERIYA






254 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR