Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Şəkidə xəsarət alan suriyalılar müalicələrini özəl klinikada davam etdirirlər

19.07.2019 10:23

Şəki Xan Sarayının qarşısındakı çinarın budaqlarının aşması nətiəsində xəsarət alan Suriya vətəndaşları müalicələrini özəl klinikada davam etdirirlər.

Trend-in məlumatına görə, həmin şəxslər bir ailənin üzvü olan Sara Hasan (sağ bud sümüyünün qapalı travması), Farik Hasan (sol incik sümüyünün sınığı), Al Hasan Samirədir (sağ baldır sümüyünün yerdəyişən sınığı).

Qeyd edək ki, onlar özəl klinikaya getməmişdən əvvəl Kliniki Tibbi Mərkəzə yerləşdirilmişdilər. Vəziyyətləri ağır stabil qiymətləndirilsə də, onlar üçün həyati təhlükənin olmadığı bildirilmişdi.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, hadisə nəticəsində xəsarət alan Elxan Məmmədov Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicəsini davam etdirir. Onun vəziyyəti orta ağır stabil qiymətləndirilir.

Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədovun vəziyyəti isə orta ağırdır.

Xatırladaq ki, Şəki Xan Sarayının qarşısında çinar ağacının budaqlarının sınması nəticəsində 19 nəfər xəsarət alıb. Onlardan biri - 1987-ci il təvəllüdlü Xatirə Ağamalıyeva (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok) dünyasını dəyişib.

© xezerxeber.az


119 dəfə oxunub

ÇOX OXUNANLAR