Avropada 83 min nəfər qızılcaya yoluxub

16.07.2019 12:51

Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, 2018-ci DST-nin Avropa regionunda 83 min nəfər qızılcaya yoluxub. 

Xezerxeber.az xəbər verir ki, həmin ildə dünyada 20 milyon uşaq bu xəstəliyə qarşı peyvənd olunmayıb. Mütəxəssislər Ukraynada və bəzi ölkələrdə qızılca epidemiyasını məhz peyvənd problemi ilə əlaqələndirirlər.

DST-nin baş direktoru Tedros Adxanom Hebreyesus bildirib ki, vaksinasiya planetimizdə epidemiyaların qarşısını almaq üçün ən təsirli vasitədir. Onun sözlərinə görə, bu gün uşaqların peyvənd olunması istənilən səviyyədə deyil. Bu problem yoxsul əhalinin yaşadığı yerlərdə və silahlı münaqişə zonalarında daha aktualdır.

2018-ci ildə dünyada 350 min qızılca xəstəliyinə tutulma halları aşkarlanıb. Bu, bir il əvvəlki rəqəmdən iki dəfə çoxdur. UNICEF-in icraçı direktoru Henrietta For bildirib ki, bütün ölkələrdə vaksinasiya prosesi nəzarətdə saxlanılmalı və hər bir uşaq peyvənd olunmalıdır.

DST və UNICEF öz tərəfdaşları ilə birlikdə immun sisteminin dəstəklənməsi və epidemiyaların qarşısının alınması üzrə ölkələrə yardım edirlər. Onlar vaksinasiya ilə yanaşı, tibb personalının da təlimini həyata keçirirlər.

© xezerxeber.az


113 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR