Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Müsahibədə 18 namizəd uğur qazanıb

12.07.2019 14:41

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla ümumilikdə 12 dövlət orqanında inzibati dövlət qulluğu vəzifələrinin A (2 vəzifə) və B (57 vəzifə) növünə aid olan 59 vakant vəzifənin tutulması üçün iyunun 28-də başlayan müsabiqənin müsahibə mərhələsi davam edir.

DİM-dən xezerxeber.az-a bildirilib ki, iyulun 12-si saat 14:20-yə olan məlumata görə, müsahibədə iştirak edən namizədlərdən 18 nəfər müxtəlif vəzifələrə uyğun bilinib.

Müsahibələri iyulun 19-da başa çatacaq.

Qeyd edək ki, mayın 16-da elan olunmuş müsahibədə iştirak etmək üçün 264 nəfər ərizə verib. Ən çox müraciət Ekologiya və Təbii Sərvətlər Nazirliyində (9 vakant yerə 117 namizəd) qeydə alınıb.

© xezerxeber.az


96 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR