Müqəddəs yerlərə ziyarət vahid qaydalar əsasında həyata keçiriləcək

12.07.2019 14:10

"Nəzərdə tutulur ki, İslama aid olan digər müqəddəs yerlərə ziyarətlər də kollektiv şəkildə, məhz Həcc ziyarətində olduğu kimi Qafqaz Müsəlmanları İdarəsinin himayəsi altında həyata keçirilsin”.

Bunu APA-ya müsahibəsində Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri bildirib ki, bəzən bu yerlərə ziyarətləri hansısa bir şirkət və ya turist qrupu təşkil edir: "Həmin adamlar da orada problemlərlə üzləşir, bəzən geriyə qayıda bilmir, orada təhlükəsizlik və nəqliyyatla bağlı tədbirlər kifayət qədər yüksək səviyyədə təşkil olunmur və nəticədə xoşagəlməz hadisələr baş verir. Ona görə də belə bir təşəbbüs var ki, bu cür ziyarətlər də QMİ-nin himayəsi altında həyata keçirilsin. Bu məsələnin üzərində iş gedir".

"Bununla əlaqədar "Dini etiqad azadlığı haqqında” Qanuna müəyyən dəyişikliklərin edilməsi ilə bağlı təkliflər də var. Həmin təkliflərə baxıldıqdan sonra Həcc ziyarəti ilə yanaşı İslama aid digər müqəddəs yerlərə də ziyarətlərin təşkili xüsusi qaydalar əsasında baş tutacaq. Vətəndaşların bu müqəddəs yerlərə ziyarəti vahid qaydalar əsasında həyata keçirilmiş olacaq. Milli Məclis tərəfindən həmin təkliflərə baxılıb qəbul edildikdən sonra dediyimiz çərçivədə həll edilməsi imkanı yaranacaq", - deyə M. Qurbanlı bildirib.

© xezerxeber.az


185 dəfə oxunub

XƏBƏRLƏR

23.10.2019 09:51

Ət satanlara ŞAD XƏBƏR

ÇOX OXUNANLAR