Dövlət Əmək Müfəttişliyi Xidməti bu il 7688 müraciəti araşdıraraq cavablandırıb

09.07.2019 10:38

Bu ilin birinci yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 7688 vətəndaş müraciəti araşdırılaraq cavablandırılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən xezerxeber.az-a verilən məlumata görə, onlardan 3964-nü şikayət məzmunlu ərizələr, 3016-nı müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş sorğu xarakterli məktublar təşkil edib. Qalanları isə xidmətin əməkdaşları tərəfindən fərdi qaydada qəbul edilmiş 708 vətəndaş müraciətləri olub.

Sorğu məzmunlu müraciətlərlə əlaqədar vətəndaşlara əmək qanunvericiliyinin aidiyyəti maddələri və onların tətbiqi ilə bağlı izahatlar verilib, digər müraciətlərlə bağlı müvafiq araşdırma aparılmaqla nəticəsinə uyğun tədbirlər görülüb.

© xezerxeber.az


167 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR