Müəllimlərin işə qəbulu müsabiqəsində tarix fənni üzrə yüksək nəticə göstərilib

08.07.2019 20:02

İyulun 8-də müəllimlərin işə qəbulu müsabiqəsində tarix fənni üzrə yüksək nəticə göstərilib.

Təhsil Nazirliyindən bildirilib ki, namizədlərdən Nərmin Ənvərli imtahandan uğurla keçərək 58 bal toplayıb. Nərmin Ənvərli 2013-2017-ci illərdə Gəncə Dövlət Universitetinin tarix müəllimliyi ixtisası üzrə bakalavr, 2017-2019-cu illərdə isə həmin universitetin Azərbaycanın qədim və orta əsrlər tarixi ixtisası üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə start verilib. İmtahanın ilk günü alman dili və tarix müəllimi olmaq istəyən namizədlər iştirak ediblər.

İmtahanlar iyulun 24-dək davam edəcək.

© xezerxeber.az

FOTOQALERIYA






215 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR