Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

“DOST” mərkəzinə 15 mininci vətəndaş müraciəti qeydə alınıb

08.07.2019 17:51

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin 1 saylı "DOST” mərkəzinə 15 mininci vətəndaş müraciəti qeydə alınıb.

Xezerxeber.az xəbər verir ki, müraciəti paytaxtın Səbail rayon sakini 30 yaşlı Nigar Mirzəcanova edib. O, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluğa görə təyin edilmiş Prezident təqaüdü almaq üçün mərkəzin xidmətindən faydalanıb.

Mərkəzin direktoru Seymur Alıyev on beş mininci müraciətin sahibinə təşəkkürnamə və simvolik hədiyyələr təqdim edib. N.Mirzəcanova vətəndaşlara "bir pəncərə”, həmçinin operativlik, şəffaflıq, rahatlıq prinsipləri əsasında xidmət göstərən belə bir mərkəzin açılmasından, burada ona göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə edib.

S.Alıyev bildirib ki, mayın 9-da açılan 1 saylı "DOST” mərkəzi Bakı şəhərinin Yasamal və Səbail rayonlarının sakinlərinə xidmət göstərir. Mərkəzə hər gün 400-500 arası vətəndaş müraciət edir. 2019-2025-ci illər üzrə "DOST regional proqramı”na əsasən Bakıda və respublikanın regionlarında 31 "DOST mərkəzi”nin açılması nəzərdə tutulub.

© xezerxeber.az


87 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR