Hava 10 ilin rekordunu təkrarladı - 4 gün də gözləyin

25.06.2019 16:04

Son dəfə belə yüksək temperatur 2009-cu ildə qeydə alınıb

"Bu gün və sabah şimal küləyinin sürəti artacaq. Temperatur 1-2 dərəcə aşağı düşəcək. Ona görə havanın temperaturu 31-36 dərəcədən yüksək olmayacaq".

XəzərXəbər xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Direktor bildirib ki, iyun ayının 29-dək ölkə ərazisində havanın temperaturu çoxillik norma göstəricilərindən yüksək olacaq.

"Amma iki gün bundan əvvəl iyun ayı üçün sutkalıq maksimum göstəricisi yeniləndi. 37 dərəcə isti müşahidə olundu. Son dəfə belə yüksək temperatur 2009-cu ildə qeydə alınıb. Keçən illə müqayisə etsək, iyun ayında temperatur rejimi 5-7 dərəcə yuxarıdır. Keçən ilin iyun ayı ilə müqayisədə temperatur 10 dərəcə yüksək olub".

© xezerxeber.az


947 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR