Bu ərazilərdə hərbi orkestrlərin çıxışları olacaq

25.06.2019 15:49

26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə bu gün saat 18:30-dan 20:30-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları olacaq.

Müdafiə Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, orkestrlər müəyyən edilmiş 6 yerdə çıxış edəcəklər:
- Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında);
- Dənizkənarı Milli Parkda (Az.Neft meydanı qarşısındakı Dövlət Bayrağının önündə);
- Fəvvarələr meydanında;
- Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında;
- Zərifə Əliyeva parkında;
- Zabitlər parkında.

© xezerxeber.az


221 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR