Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Qaynar çay bu xəstəliyə səbəb olur – Hər il minlərlə insanı öldürür

19.06.2019 12:24

Ölkəmizdə sevilərək içilən içkilərdən birincisi məhz çaydır. Yay-qış demədən qaynar-qaynar pürrəngi çaya heç kim yox deyə bilmir. Bu dəfə oxucularımızı süfrəmizin bəzəyi qara çay haqqında haqqında məlumatlandıracağıq.

XəzərXəbər medicina.az-a istinadən çay haqqında faydalı məlumatları təqdim edir.

Heç bir içki tək başına arıqlatmadığı kimi, çay da tək içildikdə kilo almağa səbəb olmur. Lakin hər şeydə olduğu kimi çayın da çox içilməsi artıq çəki almağa gətirib çıxardır. Qara çayı şəkərsiz içməyiniz məsləhətdir.

Gündə 200 mq. ilə 4-5 dəqiqə dəmlənmiş qara çayın orqanizmə müsbət təsiri var. Yemək yedikdən yarım saat sonra çay içmək həzm sistemini yaxşılaşdırır, eyni zamanda kilonuzun artmasına mane olur.
Maddələr mübadiləsini sürətləndirir, orqanizmdəki sərbəst radikalları təmizləyir. Vücudu toksiki maddələrdən təmizləyir, enerji səviyyəsini yüksək tutur. Qanda şəkəri nizamlayır, aclıq hissinə mane olur.
Hər gün müəyyən miqdar çay içmək arıqlamağa kömək edir. Lakin bu istiqamətdə yaşıl çay daha effektivlidir. Çayı qəndlə içən insanlara bu vərdişlərindən xilas olmaq çətin gəlir. 2 ədəd qara üzüm qurusu kifayət edir ki, eyni sayda qəndə əvəz olsun.

Bu üsul az kalorilidir. Araşdırmalar onu göstərir ki, əgər çay udduğunuzda narahatlıq verirsə, yəni həddindən artıq qaynardırsa, siqaretin vurduğu ziyana bərabərdir. Bu, qida borusu xərçəngi riskini 5 qat artırır. Bu xəçəng növü dünya miqyasında ən çox yayılan xəstəliklərdəndir. Qida borusu xərçəngindən hər il minlərlə insan həyatını itirir.

© xezerxeber.az


262 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR