Mobil telefondan çox istifadə insanın kəllə quruluşunu dəyişib – ŞOK TƏDQİQATLAR

18.06.2019 17:34

Mobil telefonlardan istifadə müasir insanın kəllə quruşunda artıq dəyişikliklər etməyə başlayıb. Bunu Avstraliya Universitetinin alimləri bildirib.

XəzərXəbər medicina.az-a istinadən bildirir ki, gənclərin kəlləsində anatomik struktur dəyişikliyi baş verir. Gününü planşet və smarfonla keçirən yeniyetmə və gənclərdə ənsə nahiyədə sümük və toxuma çıxıntısı inkişaf edir.

Belə kəllə dəyişikliyi hələr 1800-cü ildə qeydə alınmışdı, amma belə sumuk qabarması tibbdə nadir halda rast gəlinirdi. İndi isə belə çölə çıxıntı 18-30 yaşlılar arasında kifayət qədər yayılıb. Alimlər yeni tədqiqatlarında 1000 kəllə forması araşdırıblar.

Ekspertlər bildirib ki, son 10 ildə insan ənsəsində sumuklu qabarıq forma böyüyüb. Bu anatomik dəyişikliyin səbəbi insanın günün çox hissəsində başını telefona dikməsi və 5 kq-lıq kəllənin uzun saatlar o vəziyyətdə qalaraq, boyun və ənsə sümüklərinə təzyiq etməsidir.

Hazlrda müasir gənclərin ənsə çıxığının ölçüsü 2,6 sm-ə çatıb, bu 1996-cı illə müqayisədə xeyli çoxdur.

Mütəxəssislər bildirir ki, ənsə sümük çıxıntısının böyüməsi və qalınlaşması insan orqanizmi və beyni üçün elə də ciddi zərər daşımır. Amma gələcəkdə insan planşet və telefonu əlindən buraxmazsa, boynu arxadan normal və ənsəsiə çıxıntılı olmayan adam tapmaq mümkün olmayacaq və insanın kəllə quruluşu dəyişəcək.

© xezerxeber.az


260 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR