"Qida təhlükəsizliyi haqqında" qanun layihəsi hazırlanacaq

12.06.2019 15:06

"Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası üçün Səhiyyə Nazirliyinin Tədbirlər Planı təsdiq edilib.

APA-nın xəbərinə görə, bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb.

Tədbirlər Planında göstərilib ki, 2019-cu ildə "Qida təhlükəsizliyi haqqında” qanun layihəsi hazırlanacaq.
Sənəddə deyilir ki, sanitariya, baytarlıq, fitosanitar norma və qaydaları beynəlxalq tələblərə uyğunlaşdırılacaq və ya yeni qaydalar hazırlanacaq.

© xezerxeber.az


115 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR