AMEA-nın magistraturasına qəbul ödənişli əsaslarla həyata keçiriləcək - QİYMƏT

25.05.2019 12:28

Nazirlər Kabineti tərəfindən 2019/2020-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına 24 ixtisas, 88 ixtisaslaşma üzrə 138 plan yeri təsdiq edilib.

Xezerxeber.az-ın Akademiyaya istinadən verdiyi xəbərə görə, ayrılan plan yerlərindən 103-ü dövlət sifarişli, 35-i isə ödənişli əsaslarladır.

Bildirilib ki, cari ildə ilk dəfə olaraq AMEA-nın magistraturasına ödənişli əsaslarla tələbə qəbulu həyata keçiriləcək. Ödənişli əsaslarla təhsil alanların illik təhsil haqqlarının məbləği 1600 manat müəyyən olunub.

© xezerxeber.az


181 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR