Sumqayıtda narkomanların sayı açıqlanıb

24.05.2019 12:24

Sumqayıt şəhərində rəsmi qeydiyyatda olan narkoloji xəstələrin və narkomanların sayı açıqlanıb.

Şəhər Narkoloji Dispanserindən ONA-nın yerli bürosuna bildirilib ki, 2019-cu ilin ilk rübündə narkoloji xəstələrin sayı 3914 nəfər təşkil edib. Onlardan 88 nəfəri qadındır. Narkomanların sayına gəldikdə isə bu rəqəm 2031 nəfər təşkil edir. Narkomanlardan isə 66 nəfəri qadındır.

Narkoloji xəstələrin əksəriyyəti 18-39 yaş arasındadır.

© xezerxeber.az


155 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR