Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Ekspertlər həyəcan təbili çalır: Azərbaycanda kişilərin çoxalması...

21.05.2019 14:01

Kişilərin həddən artıq çoxalması ölkədə zorakılıq, kriminogen halların artmasına, qızqaçırma, insan alverinin çoxalmasına səbəb olur.

XəzərXəbər xəbər verir ki, bunu BMT-nin Əhali Fondunun proqram üzrə müşaviri Nərminə Məlikova "Gender həssaslığının artırılması və gender əsaslı cins seçimi mövzusunun işıqlandırılması sahəsində media nümayəndələrinin bacarıqlarının artırılması üzrə praktik seminar”da çıxışı zamanı deyib.

O bildirib ki, son illər ölkəmizdə cins nisbətinin pozulması halları müşahidə edilir: "Bu vəziyyət gələcəkdə əhalinin strukturunda xoşagəlməz nəticələrə səbəb olacaq. BMT-nin Əhali Fondu ilə Azərbaycan hökuməti tərəfindən problemin həlli üçün müxtəlif layihələr həyata keçirilir. Burada KİV-in də rolu vacib və önəmlidir. Son zamanlar qadınların sosial iqtisadi sferada rol almasına baxmayaraq, onlar mediada ənənəvi rollarda çıxış edirlər”.

Mətbuat Şurasının sədr müavini Ümid Mirzəyev bildirib ki, bəzən qadınlarla bağlı utancverici xəbərləri daha çox qabardırlar: "Kişi ilə qadın eyni hərəkət etsə, qadın daha çox müzakirə edilir, təhqir edilir. Avtomobil idarə edən qadın qəza törədəndə mediada onu gülünc vəziyyətə gətirirlər və daha çox bəzəyirlər. Bu, yolverilməzdir”.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova vurğulayıb ki, artıq Azərbaycanda qızların sayının azalmasına görə həyəcan təbili çalınır: "Ailədə, cəmiyyətdə qıza və qadına üstünlük verilməlidir. Qadın "üçüncü uşaq qız doğulsa, evə gəlmə” qorxusu altında qalmamalıdır. Hamilə qadın psixoloji problemlər yaşamamalıdır. Qadınlar övladlarını cinsiyyəti qız olduğu üçün abort etdirirlər. Bütün bunlar onların orqanizminə də ziyan verir. Selektiv abort nəticəsində qadınlarda xərçəng yaranır. Sonradan doğulan oğlan uşaqları da qüsurlarla doğulur. Biz çalışırıq ki, bu məsələdə stereotiplər qırılsın və problemlər həll olunsun”.

Daha sonra seminarın əsas təlimçisi, Türkiyədən dəvət olunmuş media mütəxəssisi Ayşə Qarabat müəllifi olduğu "Gender jurnalistikası” adlı təlim kitabçasını təqdim edib. O bildirib ki, kitabça qadın hüquqları, gender bərabərliyi, gender zorakılığı və digər oxşar mövzularda yazan jurnalistlərə əyani vəsait rolunu oynayacaq.


© xezerxeber.az


240 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR