Bakıda 22 yaşlı ana 4 yaşlı qızı ilə birlikdə itkin düşüb

19.05.2019 12:59

Bakıda ana azyaşlı qızı ilə birlikdə itkin düşüb.

Hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

Gəncə prospekti, 72 saylı ünvanda kirayədə yaşayan 1997-ci il təvəllüdlü Tağıyeva Qəmər İsi qızı və onunla birlikdə yaşayan qızı, 2015-ci il təvəllüdlü Tağıyeva Xədicə Elnur qızı mayın 16-da səhər saatlarında yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıblar.

Faktla bağlı araşdırma aparılır. (Trend)

© xezerxeber.az


117 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR