Ən populyar turizm istiqamətləri: Azərbaycan ilk iyirmilikdə

15.05.2019 13:08

"CrescentRating” təşkilatı "MasterCard” şirkəti ilə birgə illik "Global Muslim Travel İndex” (GMTI) reytinqini tərtib edib.

XəzərXəbər-in təşkilatın rəsmi saytına istinadən verdiyi məlumata görə, indeksdə müsəlman turistlər arasında ən populyar istiqamətlər göstərilib.

Azərbaycanİslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr arasındaən populyar istiqamətlərin reytinqində 20-ci pillədə göstərilib. Rahatlıq, təmiz ətraf mühit, xidmət vəkommunikasiya keyfiyyəti və digər meyarlara görə Azərbaycana indeks üzrə 53 xalverilib .

Populyar İƏT istiqamətləri reytinqində ilk iki yeri müvafiq ardıcıllıqla 78 xalla Malayziya və İndoneziya tutub. Üçüncü yerdə qardaş ölkə Türkiyə göstərilib (75 xal).

Müsəlmanların arasında populyar olan qeyri-İƏT ölkələrinin reytinqinə isə Sinqapur (65 vahid) başçılıq edir. İkinci yerdə Tailand (57 vahid), üçüncü yerdə Birləşmiş Krallıq (53) göstərilib

Məlumat üçün bildirək ki, son bir neçə ildə Azərbaycanda viza sistemi sadələşdirilib. Statistik rəqəmlər də bunu göstərir. Belə ki, rəsmi statistikaya görə, 2017-ci ildə Azərbaycanadünyanın 187 ölkəsindən 2 milyon 700 min turist gəlib.

Onların arasında ərəb ölkələrindən gələnlər çoxluq təşkil edib.

2018-ci ildə isə Azərbaycana turist axını 2017-ci illə müqayisədə 5,7% - 2 milyon 849,6 min nəfərdək artıb. Rusiyadan gələnlərin xüsusi çəkisi 30,9%, Gürcüstandan – 21,4%, Türkiyədən – 10,2%, İrandan – 8,5%, BƏƏ-dən – 3,3% artıb

Proqnozlara görə, Azərbaycana gələn ərəb turistlərin sayında bu il artım olacaq. Buna səbəb Körfəz ölkələrindən Bakıya yeni reyslərin açılmasıdır.

© xezerxeber.az


140 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR