Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

“ASAN xidmət”ə 29 milyonuncu vətəndaş müraciəti qeydə alınıb

14.05.2019 13:48

Mayın 14-də "ASAN xidmət”ə 29 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.

Xezerxeber.az xəbər verir ki, bu müraciət Bərdə regional "ASAN xidmət” mərkəzinə Elcan Həsənli tərəfindən edilib. O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həyata keçirdiyi xidmətdən yararlanıb. 29 milyonuncu müraciətin sahibi kimi Elcan Həsənli təşəkkürnamə və hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, hazırda 15 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bundan başqa, regionlarda 10 səyyar "ASAN xidmət” avtobusu və səyyar "ASAN qatar” vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir. Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 "ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

© xezerxeber.az

FOTOQALERIYA






95 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR