Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Dövlət Komitəsi: Azərbaycanda iş yerlərində seksizm halları baş verir

13.05.2019 14:22

"Cəmiyyətdə cinsiyyətçiliyin qarşısı alınmalı və ona qarşı mübarizə aparılmalıdır".

ONA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov Bakıda "Gender bərabərliyi və media" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycanda iş yerlərində, xüsusi olaraq təhsil və tibb müəssisələrində seksizm halları baş verir: "Son araşdırmalara əsasən, Azərbaycanda 24-30 yaşlı insanların 85 faizi sosial şəbəkə istifadəçiləridir. Sosial şəbəkələrdə və reklamlarda isə seksizm halları baş alıb gedir".

E. Səfərov qeyd edib ki, seçkilər, ictimai müzakirələr zamanı siyasətçilər, jurnalistlər qeyri-seksist nitqə üstünlük verməlidirlər: "Onu da qeyd etməliyəm ki, seksizm ifadə olaraq Azərbaycan milli qanunvericiliyinə daxil edilməyib. Seksizm ifadəsi Cinayət və İnzibati Xətalar məcəllələrinə və "Gender bərabərliyinin təminatları haqqında" qanuna daxil edilməlidir. Seksizm yalnız qadınlara qarşı deyil, uşaqlara qarşı da baş verir. Seksizm birbaşa insan hüquq və azadlıqlarının pozulmasıdır".

© xezerxeber.az


111 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR