Bakının bəzi ərazilərində internet kəsildi

13.05.2019 12:16

"Azərişıq" ASC xəbərdarlıq etmədən bu gün saat 09:00-dan Bakının Nəsimi rayonunun Həsən Əliyev, Teymur Əliyev və Maqsud Əlizadə küçələrinin enerji təchizatını dayandırıb.

Məsələ ilə bağlı "Report"a açıqlama verən qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, fasilə bundan sonra hələ 2 saat davam edəcək.

"Həmin ərazidə yerləşən avadanlıqlara texniki baxış həyata keçirilir. Bu səbəbdən elektrik enerjisinin verilişində fasilə yaranıb", - deyə o, əlavə edib.

Qeyd edək ki, sözügedən küçələrdə bir sıra internet provayderləri yerləşir. Fasilə nəticəsində Bakının Yasamal, Nəsimi və Binəqədi rayonlarının, eləcə də Abşeron rayonunun ərazisində olan 1 500-dən artıq abunəçinin internet təchizatı dayandırılıb.

© xezerxeber.az


70 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR