Bina evi, yoxsa həyət? - Ev almaq istəyənlər, MÜTLƏQ OXUYUN!

25.04.2019 17:48

Bu gün hazır şəkildə fərdi yaşayış evi alanlarla yanaşı, torpaq sahəsi alıb, ev tikənlərin sayı az deyil.

Onlar bu şəkildə evin daha ucuz başa gəldiyini iddia edirlər.Lakin əlində nəğd pulu olmayanlar, ipotekayla mənzil sahib olurlar.

Maraqlıdır ki, vətəndaşlar ev alarkən hansı amillərə diqqət etmək lazımdır?

Bununla bağlı tikinti məsələləri üzrə ekspert Elnur Fərzəliyev Redaktor.az-a açıqlamasında bildirib ki, son zamanlar bina evlərinə maraq azalıb:

"Abşeron və Bakıətrafı ərazilərdə tikilən həyət evlərinə daha çox üstünlük verilir. Buna səbəb bina evlərində qiymətlərin baha olmasıdır. Əslində, həyət evlərinin içində villalar da gedir. Bu il villaların satışında zəifləmə müşahidə olunur. Villa alıcılarının sayı 70%-ə qədər azalıb”.

Ekspertin tövsiyəsinə görə, yeni tikilən evləri alarkən ehtiyatlı olmaq lazımdır:

"Torpaq sahəsi alıb, fərdi yaşayış evi tikmək daha sərfəlidir. Bəzi insanlar öz istəklərinə uyğun, böyük və bahalı ev tikirlər. Lakin bir qisim vətəndaşlar yeni tikilən həyət evlərini alırlar. Bu məsələdə diqqətli olmaq lazımdır. Çünki maklerlər torpaq sahəsində fərdi yaşayış evi tikməyə daha çox meyllidirlər. Onların tikdikləri evin keyfiyyəti sual altındadır. Vətəndaşlar həyət evi alarkən həmin ərazidə 1 sot torpağın qiymətini və tikintiyə gedən məbləği hesablamalıdırlar. Ən əsası isə evin bünövrəsinin olub-olmamadğına diqqət etməlidirlər”.

"Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı isəRedaktor.az-a açıqlamasında vurğulayıb ki, fərdi yaşayış evini hazır şəkildə alanların sayı azalıb:

"Son zamanlar daşınmaz əmlak bazarında ipoteka kreditləşməsinin rolu daha böyükdür. Bu göstərici İpoteka Fondunun qoyduğu tələblərdən irəli gəlir. Fərdi yaşayış evini hazır şəkildə alan vətəndaşların sayında azalma müşahidə olunur. Hazır ev almaq daha rahat üsul olsa da, bəziləri üçün heç də sərf etmir. Vətəndaşlar torpaq sahəsinin alınmasına daha çox üstünlük verir”.

© xezerxeber.az


252 dəfə oxunub

XƏBƏRLƏR

20.07.2019 15:27

Qaradağda ev yanıb

ÇOX OXUNANLAR