Sumqayıtın "başsız" məktəbləri - ARAŞDIRMA

25.03.2019 19:50

Hazırda Sumqayıt şəhərindəki bir sıra ümumtəhsil məktəblərini direktoru yoxdur. Bu təhsil müəssisələrinə rəhbərlik edən şəxslər müxtəlif səbəblərdən vəzifələrindən uzaqlaşdırılıblar.

ONA-nın yerli bürosu bununla bağlı kiçik araşdırma aparıb. Araşdırma nəticəsində 10 orta ümumtəhsil məktəbinin direktor vəzifəsinə rəsmi təyinatın olmadığı üzə çıxıb. Həmin məktəblərdə direktor vəzifəsi əvəzedicilərə tapşırılıb:

  • 2 nömrəli orta məktəbin direktoru vəzifəsini Xalid Adıgözəlov icra edir.
  • Mətləb Quliyev adına 3 nömrəli məktəbin əvvəlki direktoru Tirmə Qurbanova yaş senzinə görə tutduğu vəzifədən azad ediləndən sonra təhsil müəssisəsinə yeni direktor təyinatı olmayıb. Burada hazırda direktor əvəzi Ülkər Çəndirlidir.
  • 8 nömrəli məktəbin direktoru Vəkil İbrahimov vəzifəsindən çıxarıldıqdan sonra onu Ruhiyyə Abdullayeva əvəz edir.
  • 9 nömrəli məktəb də bu sarıdan əziyyət çəkir. Bəhruz Səlimxanov direktor vəzifəsindən azad olunduqdan sonra direktor vəzifəsinin icrası Həqiqət Abdullayevaya tapşırılıb.
  • 2012-ci ildə "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsinin qalibi olan Məhəmməd Füzuli adına 15 nömrəli tam orta məktəbin 20 ilə yaxın direktoru işləmiş Xanəli Məmmədov işdən azad olunduqdan sonra təhsil müəssisəsinə direktor təyinatı olmayıb. Məktəbdə Elmira Hacıyeva direktor vəzifəsini icra edir.
  • Zülfi Hacıyev adına 17 nömrəli tam orta məktəb də "başsız”dır. Rəna Rufullayevaya direktor səlahiyyətlərinin müvəqqəti icrası tapşırılıb.
  • Şəhərin 9-cu mikrorayonunda yerləşən 23 nömrəli məktəb də direktorsuzdur. Reyhan Yunisova isə direktor əvəzidir.
  • Hacı Zeynalabdin qəsəbəsində yerləşən 32 nömrəli tam orta məktəb də direktor sarıdan korluq çəkir. Burada Esmira İbrahimova direktor səlahiyyətlərini müvəqqəti icra edir.
  • 34 nömrəli tam orta məktəbdə isə Nizami Məmmədov direktor deyil, əvəzedicidir.
  • Hacı Zeynalabdin qəsəbəsində yerləşən daha bir məktəbdə də direktor yoxdur. 40 nömrəli tam orta məktəbdə Əlhəddin Paşayev direktor əvəzidir.

Qeyd edək ki, Sumqayıtda 50 ümumi təhsil məktəbi var.

© xezerxeber.az


238 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR