Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Şirin içkilərin təhlükəsi aşkarlandı

24.03.2019 11:57

Şirin içkilər vaxtından əvvəl ölüm riski daşıyır. Harvard Universitetinin alimlərinin apardıqları araşdırmalar belə deməyə əsas verir.

30 il ərzində 80 min qadın və 37 min kişini əhatə edən tədqiqatlar göstərib ki, tərkibində yüksək miqdarda şəkər olan qazlı, qazsız sular, meyvə şirələri, idman və enerji içkiləri insan ömrünün keyfiyyətinə təsir edir. Bir gündə ikidəfə şəkərli maye içilməsi ürək xəstəlikləri riskini 31 faiz artırır.

Həftə ərzində bu mayelərdən 2-6 dəfə içənlərdə ölüm riski 6 faiz, gündəlik istifadə edənlərdə isə 14 faiz yüksəlib.

Araşdırmalar şirin içkilərin piylənmə, ikinci tip diabet, insult və ürək xəstəliklərinə səbəb olduğunu bir daha təsdiqləyib.

Alimlər bu bəlalardan qorunmaq üçün şəkərli içkiləri adi su ilə əvəz etməyi tövsiyə edirlər.

© xezerxeber.az


313 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR