Bakı
9 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Diktokaulyoz xəstəliyi ilə bağlı xəbərdarlıq edildi

19.03.2019 14:24

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti heyvandarlıqla məşğul olan sahibkarlarına bəzən qara­mal, camış və zebuların ağciyərində girdə qurdların törətdiyi diktokaulyoz xəstəliyinə rast gəlinməsi ilə bağlı xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, bu xəstəlik yaz və payız aylarında şiddətlənir. Köklük dərəcəsi aşağı və müqaviməti az olan heyvanlar arasında xüsusilə çox tələfata səbəb olur. Diktiokaulyoz bütün yaş qrupuna daxil olan qoyunlarda, daha çox isə birilliklərdə tələfat verir. Qaramalda isə birillik və ilyarımlıq cavan heyvanlar bu xəstəliyə tutulurlar.

Ağciyər qurd xəstəliyinə tutulmuş heyvanlarda öskürmə başlanır. Heyvan hərəkət edərkən çox tez-tez öskürür. Onların bur­nundan selik axır. Heyvan çətinliklə nəfəs alır, arıqlayır, çənəsinin, döşünün altında şişlər əmələ gəlir. Diktiokaulyozun ən səciyyəvi əlamətlərindən biri də xəstə heyvanların tədricən arıqlamasıdır. Düzgün yemləndirilməyən zəif və arıq heyvanlar bu xəstəliyi ağır keçirirlər. Diktiokaulyozdan ölmüş heyvanın cəmdəyi arıq, seliklı qişaları solğun, ağciyərləri bir qədər böyümüş, rəngi boztəhər, səthi qabarıqlı, bəzən tünd qırmızı rəngli bərkimiş sahələr, parenximada boşluqlar, bronx və bronxoiolalarda selikli maye və küllü miqdarda diktiokaulyoz törədicisi olur. Yadda saxlamaq lazımdır ki, ağciyərdə diktiokaulyoz törədicisinin tək-tək olmasının orqanizmə müəyyən mənfi təsiri olsada bu heç də heyvanın diktiokaulyozdan ölməsinə səbəb olmur.

Qeyd edək ki, qurdun tənəffüs yollarına tökdüyü yumurtalar bəlğəmlə hey­vanların ağzına düşür və udqunma zamanı ağız suyu ilə udularaq bağırsaqlara keçir. Bağırsaqlarda, əsasən yoğun bağırsaqda yumur­talardan sürfələr çıxır. Həmin sürfələri heyvan nəcislə ətrafa yayır. Xarici mühitdə bunlar inkişaf edib invazion mərhələyə çatır. Belə sürfələr yemlə və ya su ilə udulduqda bağırsaq divarlarında limfa və qan damarlarına düşərək ağciyərlərə gətirilir. Burada onlar orta hesabla bir aydan sonra cinsiyyətcə yetişkən qurda çevrilir. Heyvan müalicə edilməzsə, qurdlar ağciyərdə 45 gündən bir ilədək qala bilir.

Diktiokaulyoz sürfələri əlverişli şəraitdə bir ilə yaxın diri qalıb heyvanları yoluxdurur. Ona görə də əvvəllər diktiokaulyozlu heyvan­lar otarılmış sahələrdə mal-qaranın bu xəstəliyə yoluxma qorxusu olduğu nəzərə alınmalıdır.

Diktiokaulyoz respublikanın müxtəlif iqlim zonalarında bir-bi­rindən fərqli sürətdə baş verir. Ona görə də ayn-ayrı rayonlarda diktiokaulyoza qarşı profilaktik dərmanlama Dövlət Baytarlıq Xidmətinın yerli qurumları tərəfindən müəyyən edilmiş vaxtlarda aparılmalıdır.

Diktiokaulyozla yoluxma­nın qarşısını almaq üçün heyvanlar tam keyfiyyətli yemlərlə təmin olunmalı, mədəni otlaqlarda otarılmalı, növbəli otarma təşkil edilməlidir.

© xezerxeber.az


99 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR