Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Sürücülərin NƏZƏRİNƏ - Bu yol...

19.03.2019 13:25

Yasamal rayonu Məhəmməd Xiyabani küçəsində aparılan yenidənqurma işləri sona çatıb.

Bu barədə XəzərXəbər-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, sözügedən küçə Yeni Yasamal yaşayış massivinin əsas yollarından biri hesab olunur və bu ərazidə yaşayan vətəndaşların Bakı Dairəvi-1 avtomobil yoluna, həmçinin Abbas Mirzə Şərifzadə küçəsinə çıxışını təmin edir. Bu üzdən küçənin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması nəticəsində yol boyu çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 1.6 km, eni isə ortalama 16 metr olan Məhəmməd Xiyabani küçəsində aparılan yenidənqurma və bərpa işləri keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.

Bundan başqa aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanaliasiya sistemi də yenidən bərpa olunub, zəruri olan yerlərdə yeni sistem qurularaq yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları dəyişdirilib, küçə boyu piyadaların rahat gediş-gəlişi üçün mövcud piyada səkiləri yenidən qurulub, kənarlarına yeni səki daşları düzülüb.

Daha sonra texnoloji ardıcıllığa uyğun olaraq küçəyə 2 qat olmaqla yeni asfalt-beton örtyü döşənib. Asfaltlanma işləri ümumilikdə 25 min kv.m-dən artıq sahəni əhatə edib.

© xezerxeber.az


194 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR