Nərimanov rayonunda su olmayacaq

05.03.2019 09:39

Martın 5-də gün ərzində Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu” ASC-dən XəzərXəbər-ə verilən məlumata görə, məhdudiyyətlər Bakı şəhəri, Nərimanov rayonu, Molla Cümə küçəsində su təchizatı sistemində yenidənqurma işlərinin aparılması ilə əlaqədardır.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.

© xezerxeber.az


283 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR