Maaşlar artacaq - Komitə sədri anons verdi

12.02.2019 12:28

"Azərbaycanda elə həftə yoxdur ki, Prezident tərəfindən sosial məqsədlərə xidmət edən sərəncam imzalanmasın. Belə addımlardan biri də minimum əmək haqqının artırılması ilə bağlı sərəncamdır. Bu sərəncamla əhalinin böyük hissəsi əmək haqlarında hiss olunacaq dərəcədə fərq görəcəklər”.

Bunu Milli Məclisin iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

O bildirib ki, Prezidentin sərəncamı müstəqillik dövründə ilk belə addımdır.

"Bu gələcəkdə əmək haqlarının artırılmasına imkan yaradacaq. Vahid tarif cədvəlinin 19 qrafasında əmək haqları hiss olunacaq dərəcədə dəyişəcək. 2007-ci ildə yaşayış minimumu 67 manat idi. Minimum əmək haqqı isə 50 manat idi. Digər illərdə də belə fərqlər var idi. Lakin ölkə başçısının son sərəncamı ilə minimum əmək haqqı yaşayış minimumunu üstələdi. Azərbaycanda sosial müdafiə məqsədlərinə ayrılan vəsaitin həcminə diqqət etsək bu rəqəmlərin nə qədər böyük olduğunu görmək mümkündür”.

Deputat söyləyib ki, şəhid ailələrinə verilən müavinət 58 manat artaraq 300 manata çatıdırıldı.


"Bəzən biz birbaşa manatla olan müavinəti qavraya bilirik. Amma ölkədə məktəb, yol və digərlərinin tikintisini qavramırıq. Bunların da hər biri vətəndaşlara yönəlib. Görülən işlər, atılan addımların hər biri əhalinin rifah halına istiqamətlənib”. (Modern.az)

© xezerxeber.az


1418 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR