Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

7 avtomobil və bir motosiklet qeydiyyat nişanı tapılıb

11.02.2019 14:33

"Təmiz Şəhər” ASC fevralda "Azərpoçt” MMC-nin "Poçtap” xidmətinə 7 avtomobil və bir motosiklet qeydiyyat nişanı taparaq təhvil verib.

MMC-dən xezerxeber.az-a bildirilib ki, tapılmış nömrələr bunlardır – 99-GU-092; P777AXRUS; 10-BS-760; 50-CL-661; 99-BJ-515; 10-B-342; 10-EJ-374; 59-BB-244.

"Poçtap” xidməti çərçivəsində sənədi tapılan şəxslər 1.80 AZN xidmət haqqı ödəyərək qeydiyyat nişanlarını poçt şöbələrindən və "Şəbəkə” xidmət mərkəzlərindən təhvil ala bilər. Onların hər hansı ünvana çatdırılması lazım gəldikdə isə çatdırılma rüsumu "Azərekspresspoçt”un xidmət tariflərinə uyğun hesablanır.

Ümumilikdə itirilmiş sənədlər "Poçtap” sistemində 30 gün ərzində saxlanılır. Bu müddət başa çatdıqdan sonra sənədlər müvafiq strukturlara göndərilir.

Qeyd edək ki, "Azərpoçt” MMC-nin itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılmasına xidmət edən "Poçtap” sosial layihəsi çərçivəsində Bakı Şəhər Baş Polis İdarəsi, "Bakı Metropoliteni” QSC, "Təmiz Şəhər” ASC, "BakuBus” MMC və "Azərpoçt" MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

© xezerxeber.az


240 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR