Bakı İstintaq təcridxanasına mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb - FOTO

11.02.2019 11:56

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən xezerxeber.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrinə əsasən həbs edilmiş Nurlan Cəsarət oğlu İbrahimliyə bibisi qızı Sumqayıt şəhər sakini Hüseynova Günay Tahir qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman, "Tulçinka” markalı plastmas yağ qabının içərisində xüsusi üsulla gizlədilmiş daxilində danışıq kartı olan bir ədəd "Samsung” markalı mobil telefon aparatı və bir ədəd elektrik qidalandırıcısı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az

FOTOQALERIYA






56 dəfə oxunub

XƏBƏRLƏR

16.02.2019 20:17

İstanbulda bina çöküb

ÇOX OXUNANLAR