Diqqət! Bu yolda hərəkət qismən məhdudlaşdırıldı

08.02.2019 14:49

Bu gündən etibarən Göyçay-Ucar avtomobil yolunun Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna birləşən hissəsində təmir işləri həyata keçirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən XəzərXəbər-ə verilən məlumata görə, bununla əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti Göyçay-Ucar yolunun sözügedən hissəsində qismən məhdudlaşdırılıb.

Qeyd edək ki, minik avtomobillərinin həmin yoldan istfadə etmələri ilə bağlı heç bir maneə yoxdur. Lakin yük avtomobilləri alternativ olaraq Göyçay-Bərgüşad və Göyçay Ağdaş avtomobil yollarından istifadə edə bilərlər.

Sürücülərdən təmir işlərinin aparıldığı müddət ərzində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

© xezerxeber.az


55 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR