Bakı
9 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Məktəblərdə işə qəbul olmaq istəyənlər, DİQQƏT - Qeydiyyat...

08.02.2019 11:30

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, kitabxana müdiri (kitabxanaçı) və laborant vəzifələrinə işə qəbul üzrə qeydiyyat başa çatıb.

BŞTİ-dən XəzərXəbər-ə verilən məlumata görə, qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən 2 923 şəxsin müraciəti musabiqe.baku.edu.az portalı vasitəsilə qeydə alınıb.

Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediləcək.

Qeyd edək ki, təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş "Azərbaycan RespublikasıTəhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

© xezerxeber.az

FOTOQALERIYA






170 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR