Bakı
9 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Nazirlik daha bir kasıb ailəyə kömək etdi

08.02.2019 11:22

Bəzi saytlarda Gəncə şəhərinin "Aliminiumçular bağ massivi” adlandırılan ərazisində məskunlaşan bir ailənin çətin şəraitdə yaşaması barədə məlumatlar yayımlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən XəzərXəbər-ə bildirilib ki, ilk növbədə ailə başçısı Taleh Məmmədovun işlə təminatına köməklik üçün o, yerli Məşğulluq Mərkəzinə dəvət edilib.

T.Məmmədova "İşsizin DOSTu” proqramı çərçivəsində ödənişli ictimai işə cəlb edilməsi təklif olunub. Vətəndaş razılaşaraq onunla əmək müqaviləsi bağlanılıb. Artıq o, işsiz deyil.

Eyni zamanda ailənin aztəminatlı olduğu nəzərə alınmaqla ünvanlı sosial yardımla təmin olunması üçün hüquqları və müraciət prosedurları izah olunub. Ailənin təmsilçisi tərəfindən sosial yardım üçün e-qaydada müraciət olunacaq. Bunun üçün ona texniki köməklik də göstəriləcək.

© xezerxeber.az


198 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR