Parkinson xəstəliyinin dərmanı tapılıb

11.01.2019 17:36

Bir qrup avstraliyalı alim Parkinson xəstəliyi, yan amiotrofik skleroz kimi xəstəliklərin inkişafını ləngidən dərman preparatı hazırlayıb.

Bu sahədə tədqiqatlar və müşahidələr 15 il davam edib.

Qeyd olunub ki, həmin tədqiqatların nəticəsində aparılan altı aylıq müalicə kursundan sonra xəstələrin 70 faizində neyronların ölümünə səbəb olan xəstəliklərə qarşı dayanıqlılıq formalaşıb.

Bu preparatın sınaqlarının ikinci və daha geniş mərhələsi bir neçə ay sonra başlayacaq və 2019-cu ilin sonunadək davam edəcək.

© xezerxeber.az


103 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR