Bakı
9 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Azərbaycanda yeni körpü – 8 bala davamlı, 126 metr...

10.01.2019 14:47

Bərdə şəhəri ərazisində Tərtər çayı üzərində qəzalı vəziyyətə düşmüş körpünün sökülməsi və onun yerində yeni körpünün tikilməsi artıq başa çatıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi verilən məlumata görə, tikinti işləri müasir standartların tələbinə uyğun həyata keçirilib.

4 aşırımlı körpünün ümumi uzunluğu 126 metr, qabariti isə 11.5 metrdir.

Vətəndaşların körpü ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hər bir istiqamət üzrə 1.5 metr enində piyada səkiləri də tikilib.

Körpü 8 ballıq zəlzələyə davamlıdır.

Layihə çərçivəsində Tərtər çayında istinad divarları və sutənzimləyici qurğular inşa edilib.

Bundan başqa körpünün giriş-çıxış hissəsindən 150 metr məsafəyədək olan yol hissəsi də yenidən qurulub.

© xezerxeber.az


260 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR