Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Qonşudakı anomal şaxtalar Bakıya nə vaxt gəlir?

09.01.2019 13:55

Yaxın müddətdə Rusiyada və Türkiyədə qeydə alınan kəskin soyuq və qar bizdə gözlənilmir.

Bu sözləri açıqlamasında Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva qonşu ölkələrdəki kəskin hava şəraitinin Azərbaycanda da müşahidə edilməsi ehtimalı haqda deyib. O bildirib ki, yaxın günlərdə temperatur aşağı düşsə də, paytaxta qar yağmayacaq:

"Sabah bu günlə müqayisədə temperatur hardasa 5 dərəcə aşağı enəcək, 4-6 dərəcə arası dəyişəcək. Yanvarın 9-dan 10-a keçən gecə güclü külək gözlənilir. Dağlıq ərazilərdə qar yağa bilər, lakin yaxın günlərdə biz paytaxtda qarlı proseslər gözləmirik”.

Qeyd edək ki, son günlərdə qonşu Rusiya və Türkiyədə havalar kəskin soyuyub. Xüsusilə Rusiyanın bəzi bölgələrində havanın temperaturu iqlim normasından 18 dərəcəyə qədər aşağı düşüb./axar.az

© xezerxeber.az


1122 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR