"Xəzər Xəbər" işıqlandırdı, Agentlik cəzalandırdı - FOTO + VİDEO

08.01.2019 17:20

Paytaxtda 187 nömrəli müntəzəm marşrut xətti üzrə (Zirə qəsəbəsi-Koroğlu metrostansiyası) avtobusun sürücüsünün hərəkətdə olan zaman mobil telefondan istifadə edərək qaydaları kobud şəkildə pozmasına dair məsələ nəzarətə götürülərək araşdırılıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

M.Ağayev bildirib ki, qayda pozan avtobus sürücüsünün Əliyev Natiq Babal oğlu olduğu müəyyən edilib.

Törətdiyi xətalara görə barəsində müvafiq inzibati tədbirlərin görülməsi üçün sürücünün sənədləri və digər zəruri məlumatlar Dövlət Yol Polisinə təqdim edilib. İnzibati Xətalar Məcəlləsinin 329.1-ci (təhlükəsizlik kəmərini bağlamadan avtobusu idarə etdiyinə) və 342.6-cı maddəsinə (nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etdiyinə) görə sürücü Natiq Əliyevə qarşı inzibati xəta haqqında protokol tərtib edilib.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən daşıyıcı şirkətə də ciddi xəbərdarlıq edilib.

Qeyd edək ki, "Xəzər Xəbər" mövzu ilə bağlı ötən gün xəbər hazırlamışdı. Həmin materialı təqdim edirik:


© xezerxeber.az

FOTOQALERIYA






366 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR