Bakıda sürücülərə parkinq şoku - Qiymətlər düz 2 dəfə qaldırıldı

08.01.2019 12:43

Bakı şəhərində parkinqlərdə qiymət artırılıb.

XəzərXəbər xəbər verir ki, BakuPost-un əldə etdiyi məlumatına görə, Bakı şəhər İcra Hakimiyyətindən alınaraq Bakı Nəqliyyat Agentliyinin ixtiyarına verilmiş parkinqlərdə bu ildən qiymətlər iki dəfə artırılıb.

Məsələn, Bakıda Qış Parkında yerləşən parkinqdə bir avtomobil üçün aylıq abunə haqqı 30 manatdan 60 manata qaldırılıb. Hökumət Evi yaxınlığında isə parkinqdə aylıq abunə haqqı artıq 40 manat deyil, 80 manatdır.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin münasibətini öyrənmək mümkün olmayıb.

Sürücülər artıq sosial şəbəkələrdə "üsyan” etməyə başlayıblar. Müxtəlif qruplarda bu barədə yazan sürücülər, BNA-nın bu qərarını heç nə ilə izah etmədiyini bildirirlər.

© xezerxeber.az


349 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR