Noyabrın 9-u “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür

08.11.2018 15:00

9 noyabr–Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən xezerxeber.az-a bildirilib ki, 10 noyabr tarixindən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, hazırda 15 "ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 5-i paytaxtda, digərləri isə Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 "ASAN Kommunal” mərkəzi də fəaliyyət göstərir.

© xezerxeber.az


70 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR