Sahibkarlar üçün sığorta faizi aşağı salına bilər

08.11.2018 12:23

Bu gün Azərbaycanda bir milyondan çox qeyri-leqal məşğulluq var və həmin insanların sığortaya cəlb olunması gözlənilir.

Xezerxeber.az məlumat verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli komitənin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, qeyri-leqal məşğulluğun azaldılması istiqamətində sahibkarlar üçün sığorta faizinin aşağı salınması gözlənilir. H.Rəcəblinin sözlərinə görə, vergi tətbiqolunmasında, sığortaların alınmasında köklü islahatların aparılması gözlənilir.

© xezerxeber.az


117 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR