Bakı
9 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

ETSN sahibsiz heyvanları öldürənlərə qarşı tədbirlər görəcək

07.11.2018 09:44

Son günlər ölkədə sahibsiz itlərə qarşı rəhmsiz münasibət göstərildiyi, itlərin güllələndiyi ilə bağlı məlumatlar yayılır, sosial şəbəkələrdə müzakirələr aparılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi heyvanlara qarşı qəddar və rəhmsiz rəftarı birmənalı olaraq pisləyir.

Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, qurum sahibsiz heyvanlarla, o cümlədən sahibsiz itlərlə qəddar rəftar edən insanlara qarşı tədbirlərin görülməsini zəruri sayır və hüquq-mühafizə orqanları ilə birlikdə bu istiqamətdə araşdırma aparır.

O da bildirilir ki, son illər sahibsiz itlərin sayının tənzimlənməsi və mühafizəsi istiqamətində təqdir olunacaq addımlar atılıb, sığınacaqlar yaradılıb.

© xezerxeber.az


307 dəfə oxunub

XƏBƏRLƏR

18.04.2019 15:33

"Ayaks" müdafiəçi aldı

ÇOX OXUNANLAR