Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Qulaqcıq sağlamlıq üçün TƏHLÜKƏDİR

11.10.2018 14:23

Ürək-damar xəstəliklərinə də səbəb olur.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qulaqcıqların sağlamlıq üçün təhlükəli olduğunu elan edib.

ÜST-nin məlumatına görə, qulaqcıqlar yüksək səsli musiqilərə qulaq asan insanlar sağlamlığını məhv edir.

İnsanlar özləri hiss etməsə də, müasir şəhərlərdə gündəlik səs-küy əhalinin sağlamlığına mənfi təsir göstərir.

Böyük şəhərlərdə səs çirkliliyinin əsas səbəbi avtomobil yolları, dəmir yolları və yel dəyirmanlarıdır. Bir müddət əvvəl ekspertlər belə qərara gəlib ki, bu siyahıya gecə klublarını və konsert meydanlarını misal göstərmək olar.

Yüksək səslər təkcə gərginlik yaratmır. Onlar ciddi xəstəliklərə, məsələn, ürək-damar xəstəliklərinə də səbəb olur.

Risk qrupuna qulaqcıq sevənlər də daxil olub. ÜST-nin məlumatına görə, 70 desibel səs təhlükəsiz hesab edilir. Ancaq bəzi insanlar sevimli mahnılarına qulaq asan zaman bu göstəricini keçirlər.

Avropa standartlarına uyğun icazə verilən qulaqlıq gücü 100 dB-ə çatır və istifadəçilər musiqi səsini tez-tez "maksimuma” qaldırırlar. Bu da sağlamlıq üçün təhlükəli hesab edilir.

ÜST ekspertləri vətəndaşları sağlamlıqlarına qarşı diqqətli olmağa çağırır. (Sputnik)

© xezerxeber.az


276 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR