Rusiyanın daha 3 universitetinin Azərbaycanda filialı açılacaq

11.10.2018 11:36

Rusiyanın daha 3 universitetinin Azərbaycanda filialı açılacaq.

Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.

Diplomat qeyd edib ki, bu filiallar Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Ali İqtisadiyyat Məktəbi və Moskva Dövlət Humanitar-İqtisad Universitetinin olacaq.

Hazırda Azərbaycanda Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir. (Trend)

© xezerxeber.az


333 dəfə oxunub

XƏBƏRLƏR

11.12.2018 16:38

İrlandiyada vergi sistemi

ÇOX OXUNANLAR