Ağcabədidə icazəsiz ova cəhd edən şəxs cərimələnib

10.10.2018 14:30

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Ağcabədi rayonunun Kəbirli kəndi ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb.

Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerin Füzuli rayon sakini Əbil Məhərrəmov olduğu müəyyən edilib. Ondan ov tüfəngi götürülüb.

Faktla bağlı Ə.Məhərrəmov barəsində protokol tərtib olunub və o, inzibati qaydada 1000 manat məbləğində cərimə edilib.

© xezerxeber.az


381 dəfə oxunub

XƏBƏRLƏR

16.02.2019 20:17

İstanbulda bina çöküb

ÇOX OXUNANLAR